Ərdoğan İlham Əliyevə təşəkkür etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirb.


AFN-in xəbərinə görə, bu barədə Ərdoğan sosial şəbəkə hesablarında paylaşım edib. “Meşə yanğınları ilə mübarizədə dəstəyini, keçmiş olsun diləklərini ifadə edən, başsağlığı verən, kömək göstərməyə hazır olduqlarını bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm" deyən Türkiyə prezidenti qeyd edib ki, ölkəsi bu çətin prosesi ən qısa zamanda keçəcək: "Xüsusən ilk andan etibarən göstərdikləri dəstəyə görə can Azərbaycanın Prezidentinə, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm. Güclü həmrəyliyinə görə qonşumuz İran Prezidenti Həsən Ruhani, Qətər Əmiri Şeyx Tamim, Xorvatiya Prezidenti Zoran Milanoviç və Ukrayna Prezidenti Vladimir Zelenskiyə də təşəkkürümü ifadə edirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu