KTMT-nin Baş katibi Ermənistanda səfərdədir


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.


Bu haqda məlumatı Ermənistanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Stanislav Zas Ermənistana səfəri çərçivəsində ölkənin Baş naziri Nikol Paşinyan, XİN və Müdafiə nazirlinin rəhbərliyi ilə görüşəcək. KTMT-nin Baş katibi həmçinin Ermənistanın Təhlükəsizlik Şurasının ofisinə də baş çəkəcək.

Məlumata əsasən, səfər avqustun 10-na kimi davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu