İldırım Cəlilabadda yanğına səbəb oldu


Cəlilabad rayonu ərazisində yanğınlar olub.


Hadisə ötən gün rayonun Şatırlı, Ağbulaq və Ağdaş kəndlərinə yaxın meşəlik ərazilərdə qeydə alınıb.

Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin ilkin qənaətinə görə, yanğınlar ildırım vurması nəticəsində meydana gəlib.

Yanğınlar kənd sakinləri, meşə təsərrüfatı işçiləri və FHN-nin Cəlilabad Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu