Türkiyədə vaksinasiya yaşı 15-ə endirildi


Türkiyənin Səhiyyə Nazirliyi ölkədə koronavirusa qarşı vaksinasiya ilə bağlı yeni qərarlar qəbul edib.


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, artıq 15 yaşdan böyük yeniyetmələrə vaksin vurulacaq. Bununla yanaşı, xroniki xəstəliyi olan uşaqlar 12 yaşdan başlayaraq vaksinasiyada iştirak edə biləcəklər.

Bununla yanaşı, PCR testinin nəticəsi müsbət olan şəxslərə vaksin vurulması 3 aydan 1 aya endirilib. Türkiyədə koronavirusa yoluxmuş şəxslər üçün vaksin qəbul etmə müddəti daha əvvəl 6 aydan 3 aya endirilmişdi.

Həmçinin, yeni qərarlara görə, Türkiyədə bu gündən başlayaraq vaksinin 4-cü dozası vurulacaq. Bildirilir ki, 4-cü doza 3-cü dozadan 21 gün sonra vurulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu