İran İraqla bütün sərhəd-keçid məntəqlərini bağlayıb


İran İraqla bütün sərhəd-keçid məntəqlərini bağlayıb.


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Gömrük İdarəsinin sözçüsü Seyid Ruhullah Lətifi deyib.

O bildirib ki, hər iki ölkəyə sərnişinlərin və zəvvarların gediş-gəlişi dayandırılıb.

Gömrük İdarəsinin sözçüsü deyib ki, koronavirus pandemiyası səbəbi ilə quru sərhədlərdən yalnız xüsusi vizası və icazəsi olan şəxslərin, o cümlədən tələbələr, tacirlər, diplomatlar və mühəndislərin gediş-gəlişinə icazə verilir. İraqdakı müqəddəs ziyarətgahları ziyarət etmək üçün sərhəd-keçid məntəqəsinə müraciət edəcək sərnişin və zəvvarlar geri qaytarılacaq.
R. Lətifi qeyd edib ki, İraqın Kürdistan əyaləti ilə sərhəd-keçid məntəqəsi olan Pərvizxan keçid-məntəqəsində bu gündən giriş-çıxış tamamilə qadağandır. Onun sözlərinə görə, Pərvizxan sərhəd-keçid məntəqəsindən qanunsuz Kürdistana və oradan da ziyarət üçün Kərbəlaya səfər edildiyindən, hələlik bu sərhəd buraxılış məntəqəsindən giriş-çıxış qadağan olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu