Merkel Baydenlə Əfqanıstandakı vəziyyəti müzakirə edib


Almaniyanın federal kansleri Angela Merkel ABŞ Prezidenti Cozef Baydenlə Əfqanıstandakı vəziyyəti və vətəndaşların təxliyəsi məsələlərini müzakirə edib.


“Report” xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Kabil hava limanında Bundesver və ABŞ təhlükəsizlik qüvvələri arasında sıx əməkdaşlığa dair razılığa gəliblər.

A. Merkel Özbəkistan prezidenti Şavkat Mirziyoyevə də zəng edərək Almaniya vətəndaşlarının Əfqanıstandan çıxarılması zamanı göstərilən maddi -texniki dəstəyə görə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu