23 yaşlı müəllim koronavirusdan öldü: sonuncu statusu ürək parçalayır
Azərbaycanda gənc müəllim koronavirusun qurbanı olub.
Söhbət 1998-ci il təvəllüdlü ingilis dili müəllimi Şəbnəm Qurbanovadan gedir. Bu barədə onun həmkarları sosial şəbəkədə paylaşım edib. 10-12 gün öncə virusa yoluxan 23 yaşlı gənc bu gün dünyasını dəyişib.
“Naxçıvan” Universitetinin məzunu olan Şəbnəm Gəncədə ingilis dili müəllimi kimi fəaliyyət göstərirdi. Dostlarının bildirdiyi ilkin məlumata görə, Ş. Qurbanova eyni zamanda xroniki xəstəlikdən də əziyyət çəkib.
Ş. Qurbanova cəmi 2 gün əvvəl koronavirusa yoluxması haqda sosial şəbəkə hesabında məlumat paylaşmışdı: "Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib..."(Qafqazinfo)