Həyətində 250 kiloqram çətənə yetişdirən şəxs saxlanıldı


Şabran rayon ərazisində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Novruz Dostəliyev saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi külli miqdarda ümumi çəkisi 250 kiloqram yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri, 5 ədəd quru vəziyyətdə çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Bundan başqa həmin şəxsin yaşadığı evə baxış zamanı külli miqdarda kustar üsulla hazırlanmış marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu