“Qarabağ” “Aberdin”ə qarşı - Start heyətlər


Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.


Turnirdəki iştirakçılarımızdan əvvəlcə “Qarabağ” meydana çıxacaq.

Ağdam klubu Bakıda Şotlandiya təmsilçisi “Aberdin”lə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında cavab matçı isə avqustun 26-da Aberdində keçiriləcək. Mərhələni keçən komanda qrup mərhələsinə yüksələcək.

19 avqust

Konfrans Liqası

Pley-offun ilk oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Aberdin” (Şotlandiya)

Baş hakim: Rade Obrenoviç (Sloveniya)

Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Malinovski, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç.

Baş məşqçi: Qurban Qurbanov.

Aberdin: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 4. Endryu Konsidayn, 5. Deklan Qallaxer, 8. Skott Braun (k), 9. Kristian Ramires, 14. Cey Emmanuel-Tomas, 16. Funso Oyo, 19. Luis Ferqyusson, 22. Kalvin Remzi.

Ehtiyat oyunçular: 25. Qari Vuds, 30. Tom Ritçi, 10. Nayal Makqinn, 15. Dilan Makqiox, 17. Conni Heyz, 18. Konnor Maklennan, 20. Teddi Cenks, 21. Cek Qurr, 24. Din Kempbell, 31. Kiran Nvenya, 35. Meyson Henkok.

Baş məşqçi: Stiven Qlass.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu