Putin və Makron Qarabağı müzakirə etdi


Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.


Bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Əfqanıstanda sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər. Telefon danışığı zamanı Ukraynanın cənub-şərqində gərginliyin davam etməsindən narahatlıq ifadə edilib.

Həmçinin bildirilib ki, Makronun xahişi ilə Putin onu Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.

Regionda ümumilikdə vəziyyətin stabil olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımların atıldığı qeyd olunub.

Putin və Makron ATƏT-in Minsk Qrupunun üzvləri kimi Qarabağ üzrə danışıqların aspektləri üzərində daha çox iş görməyə sadiq olduqlarını vurğulayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu