NATO Əfqanıstandakı missiyasını başa vurduğunu elan edib


“NATO Əfqanıstandakı hərbi missiyasını tamamlayıb, müttəfiqlər indi yalnız Kabil hava limanı ərazisindədir”.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq NATO ölkələri xarici işlər nazirlərinin videokonfransından sonra deyib.

Onun sözlərinə görə, fərqli ölkələr bütün qüvvələri geri çəkmək və bütün texnikanı geri qaytarmaq üçün mümkün olan hər şeyi edib.

Y.Stoltenberq hər bir ölkənin Əfqanıstana gətirilən silah və texnikaya görə məsuliyyət daşıdığını əlavə edib.

Əfqanıstandakı missiyanın başa çatmasından sonra müttəfiqlərin hərbi avadanlıqlarının aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırarkən isə baş katib “bəzi şeyləri məhv etdik, bəziləri isə yerində qaldı” deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu