Millimizin futbolçusu Türkiyədə ən bahalı futbolçular sırasındadır


Türkiyə 1-ci liqasında 2021/2022 mövsümünün ən dəyərli futbolçularının siyahısı açıqlanıb.


Türkiyə mətbuatının məlumatına görə, "Top-20"də "Bursaspor"un yeni transferi olan millimizin futbolçusu Namik Ələsgərov da yer alıb.

O, 750 min avro qiymətlə 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, N.Ələsgərov bu ay "Neftçi"dən ayrılaraq "Bursaspor"la 2 illik müqavilə imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu