Ağsuda naməlum şəxs insanlara dəhşət yaşadır


Ağsu rayonunda gecə saatlarında vətəndaşlara məxsus evlər, tövlələr yandırılıb.


Rayonun Keçidməz kənd sakinləri DİN-in 102 Məlumat Mərkəzinə müraciət edərək onlara məxsus tövlələrə, evlərə od vurulması, yanğın zamanı tikililərin çardaq hissəsinin, ot bağlamalarının yanması barədə məlumat veriblər. Ev sahiblərindən biri gecə vaxtı həmin naməlum şəxsi tutmaq istəyərkən onunla əlbəyaxa olub və döyülüb.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, hazırda araşdırma aparılır. Mahir Məsimov qeyd edib ki, son günlər həmin kənddə baş verən hadisələrlə əlaqədar olaraq ərazidə polis naryadları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu