Azərbaycanda ata evdən gedən qızını öldürdü


DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Nazim Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


***


Abşeronda qətl hadisəsi olub.


AFN.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayevanı atası Nazim Əliyev qətlə yetirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A. Abdullayeva sentyabrın 2-də Ağsuda yaşadığı evdən çıxaraq itkin düşüb. DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupundan bildirilmişdi ki, Ağsu sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu