Güclü ildırım olub: faktiki hava şəraiti açıqlandı


Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verilən məlumata görə, avqustun 25-i saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçib.

Gəncədə güclü şimşək, Sabirabadda güclü ildırım, Şəki, Tərtər, Mingəçevir, Ağdam, İmişli, Cəfərxan, Bərdə, Oğuz, Naftalan, Zaqatala, Balakən, Xınalıq, Altıağac, Qusaryasaq, Xaçmaz, Quba, Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, Kişçay (Şəki), Xınalıq, Şabran, Nabranda şimşək və göy gurultusu qeydə alınıb.

Oğuzun Əyriçay Başdaşağıl məntəqəsində 2 saat ərzində 35.0 mm (aylıq normanın 61%-i) olub ki, nəticədə məntəqədən gecə saatlarında sel keçib, Kişçayda (Şəki) 14.0 mm, Xınalıqda 13.0 mm, Qrızda 8.0 mm, Sarıbaş (Qax), Gəncədə 7.0 mm, Qusarda 6.0 mm, Quba, Şəkidə 5.0 mm, Şinçay Şin, Daşkəsəndə 4.0 mm, Mingəçevir, Nabran, Gədəbəydə 3.0 mm, Qəbələ, Xaçmaz, Şəmkirdə 2.0 mm, Şabran, İsmayıllı, Göygöl, Balakən, Xaltan, Bərdə, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Şirvan, Naxçıvan, Tovuz, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu