Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi
![](/uploads/posts/2021-08/1629995917_534bc17d-cfa9-3d95-ab96-08fd9fb4e113_850.jpg)
Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
"Sputnik Armenia" xəbər verir ki, meyitlər Hadrut istiqamətində aşkarlanıb.
Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1651-ə çatıb.