Paralimpiyaçılarımız üçüncü qızıl medalı qazandı - YENİLƏNİB


Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.


60 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Şirinli qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl qadın paracüdoçu Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub.



***

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medalını qazanıb.


Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh (S12) -100 m arxasıüstə kateqoriyasında qızıl medal qazanıb.



***

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.


Paracüdoçumuz Şahanə Hacıyeva oyunlarda final görüşünə çıxıb. Çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşan həmyerlimiz qələbə qazanıb.

48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız paralimpiya çempionu olub.

Bununla da Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu