BMT TŞ Əfqanıstanla bağlı bəyanat verdi


“Əfqanıstanın paytaxtı Kabildə “İŞİD-Xorasan”ın üzərinə götürdüyü hava limanı yaxınlığındakı terror hücumlarını qınayırıq”.


Bu barədə BMT Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir.

“Əfqanıstandakı bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etmək və mülki şəxsləri qorumağa çağırırıq.

Mülki şəxsləri və və onların təxliyyəsinə kömək edən personalı qəsdən hədəf alan iyrənc hücumu qınayırıq. Bu mənfur hücumların baiskarları və maliyyələşdirənləri cavab verməlidirlər.

Əfqanıstandakı bütün tərəfləri mülki şəxslərin təhlükəsiz bir şəkildə təxliyyəsinə icazə verməyə çağırırıq. Əfqan torpaqları hər hansı ölkəni təhdid edən, ya da hansısa ölkəyə hücum üçün istifadə olunan bir yer olmamalıdır”, - bəyanatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu