Ceyhun Bayramov Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib.
Nazir bu barədə öz tviter səhifəsində yazıb.
"Qızıl hərflərlə Türk tarixinə yazılan, Qazi Mustafa Kamal Atatürkün başçılığı altında Türkiyə Ordusunun yazdığı qəhrəmanlıq dastanı – 30 avqust Zəfərinin 99-cu ildönümündə can və qan qardaşlarımızı təbrik edirik", - nazir qeyd edib.