Lüksemburq - Azərbaycan oyunu üçün təhlükəsizlik tədbirləri gücləndirilib


Lüksemburq və Azərbaycan milli komandaları arasında keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunu üçün təhlükəsizlik tədbirləri gücləndirilib.


"Report"un məlumatına görə, bu barədə Lüksemburq Futbol Federasiyasının beynəlxalq matçlar üzrə meneceri Erni Deker yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, matçın oynanılacağı Lüksemburq stadionunda 100 mühafizəçi fəaliyyət göstərəcək. Polislər isə stadiondan kənarda asayişi qoruyacaq: "Ümid edirik ki, 2019-cu ildə "Dudelanj" və "Qarabağ" arasında Avropa Liqasının qrup mərhələsi matçı zamanı baş verən insident təkrarlanmayacaq. Polislər bizi hər şeyin ən yaxşı şəkildə ediləcəyinə inandırıb".

Deker koronavirus pandemiyası ilə əlaqədar stadiona cəmi 2 000 azarkeş buraxılacağını söyləyib.

Qeyd edək ki, sentyabrın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu