Lavrovdan Azərbaycanla Ermənistana çağırış
“Azərbaycan və Ermənistan dinc yolla yekun nizamlanma üçün bir-birilərinə münasibətdə ritorikanı əhəmiyyətli dərəcədə yumşaltmalıdırlar”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransı zamanı deyib.
“Əlbəttə ki, hər iki tərəfdən ritorikanı ciddi şəkildə yumşaltmaq lazımdır. Bu isə şübhəsiz yekun və tam nizamlanma üçün şərait yaradacaq”, - deyə Lavrov vurğulayıb.
Lavrov, həmçinin qeyd edib ki, erməni həmkarı ilə danışıqlar zamanı 2020-ci il noyabrın 9-da Qarabağla bağlı imzalanan üçtərəfli bəyanatın icrası məsələləri də müzakirə edilib.