Şirkət direktorunun cinayət işi məhkəməyə göndərildi


2021-ci il mayın 23-də Quba şəhərində tikilən "xeyir-şər” evinin tikintisi zamanı bir nəfər şəxsin elektrik cərayanı vuraraq ölməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.


Quba Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, Ərzuman Bayramovun əmək müqaviləsi bildirişinə əsasən "Şaving İnşaat” MMC-nin direktoru vəzifəsində işləyərkən Quba şəhərində "xeyir-şər” evində yəni tikinti-quraşdırma işlərinin təhlükəsiz görülməsi üçün müvafiq təşkilati və texniki tədbirlər görmədən, Vasif Sadıqovu müvafiq qaydada işə qəbul etməklə onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar və bilik səviyyəsinin yoxlanılması işlərini aparmayıb. Nəticədə tikinti işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması səbəbindən Vasif Sadıqovu elektrik cərayanı vurub və o, aldığı xəsarətlərdən ölüb.

Ərzuman Bayramov Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu