Azərbaycan 12-ci, Roman Saley 3-cü qızıl medalı qazanıb


Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.


O, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik göstərərək, bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu