Yalnız bu şəxslərə peyvənd vurulacaq - yeni qərar
Xəbər verdiyimiz kimi, Azərbaycanda əhaliyə tətbiq olunan peyvənd yaşı aşağı salınıb.
Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulması ilə bağlı qərar qəbul edilib.
Azərbaycanda vaksinasiya yaşı 16-ya endirildi
Bəs istisna hal dedikdə nə nəzərdə tutulur? Həmçinin mRNT Pfizer (“Comirnaty”) peyvəndi indiyə qədər ölkədə tətbiq olunan peyvənddən fərqlənirmi?
Səhiyyə Nazirliyindən bildirilib ki, istisna hal xaricdə təhsil alanlar və xroniki xəstəlikdən əziyyət çəkənlərə aiddir.
Həmçinin qeyd olunub ki, sözügedən mRNT Pfizer (“Comirnaty”) vaksini indiyə qədər tətbiq olunan vaksindir.