Türkiyədə zəlzələ oldu

Türkiyənin Antalya vilayətində 4.5 bal gücündə zəlzələ olub.
Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata əsasən, zəlzələ Antalya vilayətinin Kumluca adlı bölgəsində qeydə alınıb.
Bildirilir ki, təkanlar Kumluca və ətraf rayonlarda da hiss olunub.