Cəmil Babayevin Azərbaycana qaytarılması ilə bağlı rəsmi açıqlama
![](/uploads/posts/2021-09/1631104054_cemil_b-1.jpg)
Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Azərbaycana qaytarılması ilə bağlı rəsmi açıqlama verilib.
AFN-in məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilir ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, 14 iyul 2021-ci ildə Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan vətəndaşları – Gümrü şəhər sakini, hərbi qulluqçu, 27.10.1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs 07.08.1963-cü il təvəllüdlü Torozyan Aramais Qrati azad edilərək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 7 sentyabr 2021-ci ildə Ermənistana təhvil verilib.
Eyni zamanda, 25 avqust 2021-ci ildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Azərbaycana qaytarılıb.