“Yarım milyonluq yeyintinin videosunu vermişik, prokuror müavini işi rədd edir” - Şikayət+video


Şəmkir rayonunda yarım milyon manatdan çox pulunun mənimsənildiyini iddia edən sahibkar prokurorluğun fəaliyyətindən şikayətçidir.


Sahibkar Ramin Əliyev bildirib ki, ona məxsus olan və Şəmkir rayonunda yerləşən “Zirvə” marketdə 2017-ci ildən 2020-ci ilin sentyabr ayınadək kassir işləyən Laura Əliyeva onun 539 222 manat pulunu mənimsəyib: "Bununla bağlı audit hesabatı, invertizasiya aktı, cədvəllər üzrə yoxlamalar, şahid izahatları, kamera görüntüləri Şəmkir rayon prokurorluğuna təqdim edilib. Bütün şahid izahatlarında da pulun Laura Əliyeva tərəfindən mənimsənildiyi deyilir, amma yenə də heç bir tədbir görülmür. Videogörüntülərdə də kassirin pulu telefonun arxasında başqa şəxsə ötürdüyü, pulları kiçik ölçüdə büküb paltarında gizlətdiyi açıq-aydın görünür”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu