Ermənistan SQ Baş Qərargah rəisinə yeni birinci müavin təyin edilib


General-mayor Kamo Koçuns Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini təyin edilib.


“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

K.Koçunsdan əvvəl bu vəzifədə Arşak Karapetyan çalışıb. O, hazırda Ermənistanın müdafiə naziridir.

Qeyd edək ki, K.Koçuns 8 il sovet ordusunda xidmət edib. Əfqanıstan müharibəsi veteranıdır. 1985-1987-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olub. 1992-1994-cü illərdə Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlarının işğalında iştirak edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu