Hadrutda daha iki erməni hərbçisinin meyitinin qalıqları tapılıb


Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.


Bu barədə Ermənistan KİV-i xəbər verib.

Qeyd edilir ki, hərbi qulluqçuların meyitlərinin qalıqları Hadrut istiqamətində aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 665-ə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu