Ərdoğan Zakir Həsənovla görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.
Bu barədə Türkiyə Prezident Administrasiyasına istinadən xəbər verir.
Qəbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev də iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdədir.