Gömrük və ƏDV-dən azadolmanın müddəti uzadılır
“Gömrük tarifi haqqında” qanunda və Vergi Məcəlləsində dəyişiklik ediləcək.
Hər iki layihəyə təklif edilən dəyişiklik Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolmanın daha beş il müddətinə uzadılması ilə bağlıdır.
Bundan əlavə, Milli Məclisdə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə də baxılacaq. Dəyişiklik daxildə emal üçün xüsusi gömrük proseduru altında malların yerləşdirilməsinə görə təminatın məcburi olaraq təqdim edilməsinin ləğvini, həmin prosedurun fakültativ hal kimi müəyyən olunmasını nəzərdə tutur.