Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım


Birinci vitse-prezident Mehriban Əliyeva 15 sentyabr - Bilik Günü münasibətilə paylaşım edib.


AFN-in xəbərinə görə, paylaşımda deyilir:

Sizi Bilik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin! Sizin zəruri bilik və vərdişlər qazanmağınıza, istedad və qabiliyyətinizi inkişaf etdirməyinizə kömək göstərən bütün müəllimlərə təşəkkürümü bildirirəm! Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq, gözəl əhval-ruhiyyə və əla qiymətlər arzulayıram!”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu