Bacısını öldürən qardaş tutuldu
Kürdəmir rayonunda qardaşın bacısını bıçaqlayaraq öldürməsi ilə bağlı rəsmi açıqlama verilib.
Prokurorluqdan verilən məlumata görə, sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirova yaşadığı evdə öldürülüb.
Onu qardaşı 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.