Rusiyanın hərbi gəmiləri Bakını tərk edib
Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, hərbi gəmilər qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlmişdilər.