Tarif Şurasının növbəti iclası keçirilib


Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Fərmanının 3.1-ci bəndində “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqının məbləğinin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təsbit olunub. Tapşırığın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli Qərarı ilə baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib.


AFN Tarif Şurasına istinadən verdiyi məlumata görə, bu baxımdan iclasda “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 26 iyul 2007-ci il tarixli Qərarı ləğv olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu