Azərbaycanın iddiası əsasında Ermənistana qarşı məhkəmə prosesi başlayır


BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə ictimai dinləmələr keçirəcək.


AFN xəbər verir ki, dinləmələr 18-19 oktyabr tarixlərində Haaqa Sülh Sarayında baş tutacaq. Proses Azərbaycanın təqdimatı əsasında Ermənistanın yol verdiyi pozuntulara görə müvəqqəti tədbirlərin görülməsi tələbi ilə keçiriləcək.

Pandemiya ilə əlaqədar olaraq dinləmələr hibrid formatda keçiriləcək. Yəni bəzi hakimlər dinləmələrdə şəxsən iştirak edəcək, digərləri isə videobağlantı vasitəsi ilə əlaqə saxlayacaqlar. Tərəflərin nümayəndələri dinləmələrdə ya şəxsən, ya da videobağlantı ilə iştirak edə bilər.

Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.

Azərbaycan tərəfi bəyan edir ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu