Saakaşvilinin partiyası ikincidir - Gürcüstan MSK açıqladı


Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələrini açıqlanıb.


“Qafqazinfo”nun məlumatına görə, bu barədə Gürcüstan Mərkəzi Sekçi Komissiyası məlumat yayıb.

Bildirilib ki, nəticələrə əsasən, “Gürcü Arzusu” partiyası 48,56 faiz, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat Partiyası” isə 31,23 faiz seçici etimadı qazanıb.

Eks Baş nazir Georgi QAxariyanın “Gürcüstan naminə” partiyası 6,87 faiz səslə üçüncüdür.

Qeyd edək ki, səkkiz ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili saxlanılıb və Tbilisi yaxınlığındakı Rustavi həbsxanasında saxlanıldığı bildirilir. Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu