Zelenski Saakaşvilinin həbsi haqda - Ən yüksək səviyyədə məşğuluq
"Siz çox yaxşı bilirsiniz ki, mən daim Ukrayna prezidenti kimi Ukrayna vətəndaşlarının qayıdışı ilə məşğulam”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Batumidə həbsdən azad edilməsi ilə bağlı rəsmi Kiyevin atacağı addımlar barədə sualı cavablandırarkən deyib.
"Hakimiyyətin mənə verdiyi müxtəlif imkanlar var. Cənab Saakaşvili Ukrayna vətəndaşıdır, bu imkanlar həmçinin ona da aiddir. Xarici İşlər Nazirliyi və Gürcüstanda çalışan səfirliyimiz də daxil olmaqla, bütün qurumlar, Gürcüstanın Ukraynadakı səfiri, Nazirlər kabinetlərimiz arasında, baş nazirlər səviyyəsində hamımız bununla məşğul olacağıq”, - Zelenski bildirib.
Zelenski qeyd edib ki, Saakaşvilinin Gürcüstana getmək qərarını yanlış hesab edir. Ukrayna lideri Saakaşvilinin Gürcüstana getməsi barədə məlumatsız olub. O, bu barədə kütləvi informasiya vasitələrindən xəbər tutub.(Report)