Dövlət Miqrasiya Xidmətinin yeni elektron xidməti istifadəyə verilib


Xarici ölkə vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları yeni elektron xidmətdən istifadə etməklə bu barədə daha rahat formada məlumatı təqdim edə bilərlər.


Həmin şəxslər Xidmətin rəsmi internet səhifəsinin elektron xidmətlər bölməsindən “Xarici ölkə vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikası vətəndaşlarının müraciətlərinin qeydiyyatı” adlı pəncərəni (eservice.migration.gov.az) seçməklə bu elektron xidmətdən istifadə edə bilərlər.

İstifadə zamanı sənəd üzrə, şəxsi və müraciət məlumatları müvafiq xanalara doldurulmalı, həmçinin tələb olunan sənədlər əlavə edilməlidir.

Dövlət Miqrasiya Xidməti xidmət istifadəçilərinin məmnunluğunun artırılması və müasir innovasiyaların tətbiqi baxımından müvafiq tədbirləri davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu