İran Gorus-Qafana alternativ yolun təmiri üçün Ermənistana kömək edəcək


İran və Ermənistan Gorus-Qafan yoluna alternativ olaraq nəzərdə tutulan Tatev avtomobil yolunun inşasının tamamlanması üçün əməkdaşlıq edəcək.


"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "Tasnim” agentliyi yayıb.

Məlumata əsasən, İranın yol və şəhərsalma nazirinin müavini Hayrullah Hademi İranın yük maşınlarının Nurduz sərhədindən Ermənistana gedəcəyi Tatev yolunu nəzərdən keçirmək üçün oktyabrın 4-ü İrəvana səfər edib.

Bildirilir ki, Hademinin səfəri çərçivəsində sözügedən yolun İranın iştirakı ilə təmir olunması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Qeyd olunur ki, İrandan Ermənistana yük daşıyan avtomobillər üçün alternativ yol olan Tatev avtomobil yolu hazırda yük maşınlarının hərəkəti üçün əlverişli deyil. Ermənistandan İrana idxal olunan ən vacib məhsulların isə yanacaq və neft məhsulları olduğu deyilir.

Xatırladaq ki, son zamanlar İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu