“Qarabağla bağlı prioritetlər DİM prioritetləri ilə üst-üstə düşür” - nazir


“Azərbaycan öz ərazilərini erməni işğalından azad etdikdən sonra həmin torpaqların bərpası, insanların oralara təhlükəsiz qayıtması, iqtisadi inkişafın təmin edilməsi, ölkə iqtisadiyyatına inteqrasiya edilməsi və digər bu kimi çağırışlar qoyub”.


“Report”un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələdirilməsi: COVID-19 pandemiyasından dayanaqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

“Azərbaycanın bu istiqamətdə prioritetləri Dayanıqlı İnkişaf Məqsədləri (DİM) prioritetləri ilə üst-üstə düşür. İşğal dövründə işğal dövründə ermənilər həmin ərazilərdə yaşayış evlərini, sosial obyektləri dağıdıb, iqtisadiyyatı məhv edib, ekoloji fəlakət törədib. Həmin ərazilərin bərpa edilməsi böyük maliyyə vəsaiti tələb edir. İşğaldan azad edilmiş ərazilərə xarici investisiyaların cəlb edilməsi Azərbaycan iqtisadiyyatına investisiyaları əhəmiyyətli dərəcədə artıracaq”, - o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu