Qalmaqallı rəis müavini işdən çıxarıldı


Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad edilib.


AFN xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Rövşən Quliyev vəzifəsindən çıxarılıb.

O, hazırda sərəncama götürülüb.

Qeyd edək ki, Rövşən Quliyev gündəmə 2 qardaşın polis şöbəsində döyülməsi haqda xəbərlə gəlmişdi. Bununla bağlı saytımıza müraciət edən qardaşlardan biri Rauf Əmənov iddia etmişdi ki, rəis müavini Rövşən Quliyev otaqda onları nalayiq ifadələrlə söyüb, təhqir edib: “Şöbədən çıxandan sonra polis rəisi Mübariz Quliyev bizim telefonlarımızı qaytarmaq barədə göstəriş versə də, Rövşən Quliyev qaytarmadı”.

Əmənovla birgə şöbədə döyüldüyünü deyən qardaşı Toğrul Rizvanlı Vətən müharibəsi iştirakçısı olub. Leytenant rütbəsində olan T. Rizvanlı “Cəbrayılın azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu