Batumidəki uçquna görə təqsirləndirilən Azərbaycan vətəndaşı həbs olunub


Gürcüstanın Batumi şəhərində yaşayış binasında uçqunun baş verməsi ilə bağlı saxlanılan üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Bu barədə şəhər məhkəməsi qərar qəbul edib.

İttiham olunanlar - Azərbaycan vətəndaşı Zaur Budaqov, Hüseyn və Giorgi Surmanidzelərin günahı sübuta yetirilərsə, onları 2 ilədək 5 ilədək həbs gözləyir.

Z.Budaqovun vəkili Ramin Papidze deyib ki, baş vermiş uçquna müdafiə etdiyi şəxsin mənzilində aparılan təmir işlərinin səbəb olmasına dair ekspert rəyi yoxdur. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbini yalnız mühəndis ekspertizası müəyyən edə bilər. Vəkil ekspertiza rəyi olmadan Z.Budaqovun həbsə alınmasını qanunsuz adlandırıb. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu