Mahir Serbiya ilə oyunda iştirak etməyəcək - koronavirusa görə


Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.


AFN AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu