Rusiya və Ermənistan müdafiə nazirləri görüşüb


Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Arşak Karapetyan görüşüb.


Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş oktyabrın 11-i Moskvada baş tutub. Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, Ermənistan sərhədində vəziyyət və regional təhlükəsizlik məsələlərini müzakirə edilib.

Qeyd edək ki, bu gün Paşinyanla Vladimir Putin də görüşəcək. Onlar Qarabağa dair imzalanmış üçtərəfli bəyanatları müzakirə edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu