“Antiböhran tədbirləri həyata keçiririk” - “Space” TV-nin rəhbəri


“Hazırda uzun illər “Space”də çalışan əməkdaşların və çağırışımıza səs verən peşəkarların işbirliyi sayəsində antiböhran tədbirləri həyata keçiririk”.


Bu sözləri “Space” TV-nin rəhbəri, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov feysbukda yazıb.

Hətəmov bildirib ki, ilk olaraq kritik vəziyyətdən çıxmaq üçün fəaliyyətlərinə mane olan problemlər aradan qaldırılır: “HD yayıma tam keçid, yüksək zövqlü efir tərtibatı və tanıtım çarxları, “Sənədli filmlər” və “Eksperimental layihələr” studiyalarının qurulması işləri yekunlaşmaq üzrədir. Paralel olaraq imkanlarımız daxilində fərqli təqdimatda, yeni əhval-ruhiyyədə TV proqramlarını tamaşaçılara təqdim etmək üçün ciddi fəaliyyət başlayıb və həmin proqramların bir neçəsi artıq yayıma buraxılıb”.

Qeyd edək ki, bu gün “Space” telekanalının 24 yaşı tamam olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu