“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur


Xəbər verdiyimiz kimi, tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.


“Qafqazinfo” xəbər verir ki, onun anası Zümrüd Yağmur sosial şəbəkə hesabında faktla bağlı detalları açıb.

O, cinayətkarın bugünədək cəzasız qalmasında prokurorluq orqanlarını günahlandırıb.

“Nədir məsələ? Bir il müddətində istintaq getdi. Cinayətin bütün faktları ekspertiza rəyləri ilə təsbit olunub. Həmin gecə Sənayın başına gələnlər sübut edilib.

Sənayın təcavüzə uğraması ilə bağlı iki rəy var, amma nədənsə Yasamal Rayon Prokurorluğu – Elman Süleymanov və Tamerlan Qarayev deyib ki, biz eksperti çağıraq, ekspertin rəyini əsas götürək. Çağırdılar, sonra da dedilər ki, biz aşkar edə bilmədik”.

Z.Yağmur qeyd edib ki, CM-nin 149-cu maddəsi (anlaqsız vəziyyətdə cinsi təcavüzə məruz qalma) ilə cinayət işi açılıb:

"Həmin gecə Sənaya narkotik içirilib. Cinayətkara bir taksi narkotik gətirib. O taksinin nə özü, nə sürücüsü hələ də tapılmayıb. İstintaq kənarda qalıb, Sənayın ətrafındakıları çağırıblar ki, onu içən, çəkən görmüsünüz?

Yasamal rayon prokuroru Elman Süleymanov mənə deyir ki, qızınıza yaxşı tərbiyə verəydiniz. Dedim, hardan bilirsiniz mənim övladımın tərbiyəsi nədir? Bu qədər rəylərdən sonra bəlkə, mən sizin tərbiyənizi sorğulayım?

Mənə biri cavab versin ki, mənim azyaşlı qızıma bunlar niyə yaşadılır? Prokurorluqda Sənaydan ifadələr o qədər kobud alınırdı ki…

Biz həmin vaxt Səbail Rayon Polis İdarəsinə getdik. Polisdə bizimlə çox yaxşı rəftar etdilər. Müstəntiq bizimlə çox insani davrandı”.

Z.Yağmur qeyd edib ki, bacısı və qardaşı onun həbsi ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

O, məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət etdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu