Ermənistan İrana yeni səfir təyin etdi
![](/uploads/posts/2021-10/1634137541_arsen.jpg)
Ermənistan Xarici İşlər Nazirliyinin Həmsərhəd Ölkələr Departamentinin rəhbəri Arsen Avaqyan Ermənistanın İrandakı yeni səfiri təyin edilib.
Bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan fərman imzalayıb.
Qeyd edək ki, Ermənistanın İrandakı əvvəlki səfiri Artaşes Tumanyan geri çağırılıb. Avaqyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında İrana səfir təyin olunub. Avaqyan fövqləadə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir. Rus, türk, ingilis dillərini bilir.