Bu universitetdə yoluxma qeydə alındı, qruplar distant təhsilə keçirildi


Azərbaycan Dövlət Pedaqoji Universitetində 3 tələbə koronavirusa yoluxub. Bu səbəbdən universitetdə 2 qrupda dərslər distant formaya keçirilib.


Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yoluxma halı ötən həftənin sonlarında aşkarlanıb və bu həftədən etibarən 14 gün ərzində tələbələr dərslərini distant formada davam edəcəklər.

Qeyd edək ki, sentyabrın 29-dan etibarən Azərbaycanda ali təhsil müəssisələrində tədrisə başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu