Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Gürcüstana səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşün.
Bu barədə AFN-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi, qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində nailiyyətlərin əldə olunduğu vurğulanıb, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.